Azeraluminium

Azeraluminium Azeraluminium is a state-owned company, acting in metallurgy industry. It is leading company in the sphere of Azerbaijan Republic non-ferrous industry.

31/03/2026
Tolerant və multikultural xalqımızın Novruz və Ramazan bayramlarını təbrik edir, ölkəmizə sülh, firavanlıq və tərəqqi ar...
20/03/2026

Tolerant və multikultural xalqımızın Novruz və Ramazan bayramlarını təbrik edir, ölkəmizə sülh, firavanlıq və tərəqqi arzulayırıq!

"Azəralüminium" MMC öz qadın kollektivi ilə bərabər ölkəmizin bütün sahələrində çalışan əməkçi, zəhmətkeş və dəyər yarad...
08/03/2026

"Azəralüminium" MMC öz qadın kollektivi ilə bərabər ölkəmizin bütün sahələrində çalışan əməkçi, zəhmətkeş və dəyər yaradan bütün xanımlarını "Beynəlxalq qadınlar günü" münasibətilə ürəkdən təbrik edir, onlara daim sağlam və gümrah olmalarını arzulayır!

“Azəralüminium” MMC “Fəal ixracatçı” nominasiyasına layiq görülmüşdür05.03.2026-cı il tarixdə İqtisadiyyat Nazirliyi yan...
07/03/2026

“Azəralüminium” MMC “Fəal ixracatçı” nominasiyasına layiq görülmüşdür

05.03.2026-cı il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda Forum keçirilib.
Forum çərçivəsində son illər vergi sahəsində aparılan islahatlar və rəqəmsallaşma sahibkarlığın dəstəklənməsinə, şəffaflığın artırılmasına və daha rəqabətqabiliyyətli biznes mühitinin formalaşması barədə məlumat verilmiş, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və kapital qoyuluşlarını təşviq edən vergi mexanizmlərinin genişləndirilməsinin zəruriliyi vurğulanmışdır.
Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənmiş vergi ödəyicilərinə təltiflər təqdim edilmiş və Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Azəralüminium” MMC onun direktoru Maksim Cavadovun simasında “Dövlət sektoru üzrə fəal ixracatçı” nominasiyası üzrə mükafatlandırılmışdır.

Gəncə şəhərində, Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına...
29/01/2026

Gəncə şəhərində, Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Qeyd olunan hesabat yığıncağında Azəralüminium” MMC-nin direktoru Maksim Cavadov və direktorunun birinci müavini Oqtay Rəfiyev çıxış ediblər.

https://shorturl.at/XTo5V

ALÜMİNİUM SƏNAYESİNƏ XARİCİ İNVESTİSİYALARIN CƏLB EDİLMƏSİ İMKANLARI GENİŞLƏNDİRİLİR Bu gün Azərbaycan Respublikası Prez...
16/01/2026

ALÜMİNİUM SƏNAYESİNƏ XARİCİ İNVESTİSİYALARIN CƏLB EDİLMƏSİ İMKANLARI GENİŞLƏNDİRİLİR

Bu gün Azərbaycan Respublikası Prezidenti tərəfindən “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərmanı qəbul edilmişdir.

Fərmana əsasən, Gəncə şəhərində yerləşən, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş “Azəralüminium” MMC-nin istifadəsindəki dövlət mülkiyyətində olan 81.8 hektar torpaq sahəsi Qərba Sənaye Parkının fəaliyyət göstərməsi məqsədilə İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilmişdir.

Bu Fərmanla “Azəralüminum” MMC-nin önümüzdəki dövrdə saneye parkının rezidentinə çevrilməklə onun fəaliyyətinin şaxələndirilməklə genişləndirilməsi üzrə xarici investisiyaların cəlb edilməsi baxımından maraq mərkəzinə çevriləcəyi şübhəsizdir.



https://president.az/az/articles/view/71299

“Azəralüminium” MMC-nin kollektivinə ağır itki üz vermişdir. Azərbaycan mühəndislik elminin, metallurgiya və alüminium s...
08/01/2026

“Azəralüminium” MMC-nin kollektivinə ağır itki üz vermişdir. Azərbaycan mühəndislik elminin, metallurgiya və alüminium sənayesinin tanınmış xadimi, alim və pedaqoq Cəmil İldır oğlu Səfərov 2026-cı il yanvarın 8-də ömrünün 63-cü ilində vaxtsız vəfat etmişdir.

Cəmil Səfərov 23 oktyabr 1963-cı ildə anadan olmuş, 1986-cı ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmiş, daha sonra “Ümumittifaq Geoloji Elmi-Tədqiqat İnstitutunun Bakı filialının aspiranturasını bitirmiş və 1991-ci ildə dissertasiya müdafiə edərək texnika elmləri elmi dərəcəsi almışdır. 2000-ci ildə Rusiya Federasiyası Kursk Dövlət Texniki Universitetinin doktoranturasına daxil olmuş və 2018-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyasında doktorluq dissertasiyasını müdafiə etmişdir.

Cəmil müəllim uzun illər boyunca “Azəralüminium” MMC-nin Gəncə İstehsalat Sahəsinin rəhbəri vəzifəsində uğurla fəaliyyət göstərmiş, metallurgiya sahəsində çoxsaylı gənc mühəndis və mütəxəssis nəslinin yetişdirilməsində əvəzsiz xidmətləri olmuşdur.

İllərlə yığılmış elmi və istehsalat təcrübəsi onu yalnız nəzəri biliklərə malik alim deyil, eyni zamanda ciddi elmi nəticələri real sənaye tətbiqlərinə çevirən nadir mütəxəssislərdən biri kimi xarakterizə edir. SCOPUS və WoS bazalarında indekslənmiş və digər elmi jurnallarda dərc olunmuş 150 dən artıq elmi məqalələrin və tədris-metodiki işlərin müəllifidir.

O, ali təhsil müəssisələrində professor və dosent vəzifələrində fəaliyyət göstərərək, elmi məktəblərin formalaşmasına mühüm töhfə vermişdir. Eyni zamanda, Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü, Azərbaycan Texnologiya Universitetinin Kimya və Metallurgiya kafedrasının professoru olmuşdur. Səfərov Cəmil İldır oğlu həm elmi, həm də istehsalat sahəsində göstərdiyi misilsiz xidmətlərlə Azərbaycan sənaye və elminin inkişafına əbədi iz buraxmışdır.

Onun əziz xatirəsi Azərbaycan mühəndislik elmi, sənaye ictimaiyyəti və “Azəralüminium” MMC-nin çoxsaylı kollektivi tərəfindən daim ehtiramla yad ediləcəkdir.

Allah rəhmət eləsin!

Address

Yevlakh Highway 53
G***a
AZ2000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994222670540

Website

Alerts

Be the first to know and let us send you an email when Azeraluminium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azeraluminium:

Share

Category