VEKA — yüksək keyfiyyətli plastikdən pəncərə və qapı sistemlərinin işlənib hazırlanması və istehsalı sahəsində dünya lideridir
VEKA Rus yüksək keyfiyyətli plastikdən pəncərə və qapı sistemlərinin işlənib hazırlanması və istehsalı sahəsində dünya liderindən biri olan VEKA AG konserninin törəmə istehsalat şirkətidir. Baş müəssisə Sendenhorst şəhəri, AFR, Şimali-Reyn-Vesitfaliya ünvanında yerləşir. Konsernin törəmə istehsalat şirkətləri Almaniyadan başqa, ABŞ, Kanada, Belçika, Böyük Britaniya, Polşa, Çin, İspaniya, Fransa kimi ölkələrdə fəaliyyət göstərirlər. Dünyada VEKA şirkətinin Latın Amerika ölkələri, Hindistan, Sinqapur, Rumıniyada öz fəaliyyətini həyata keçirən kommersiya nümayəndəlikərinin inkişaf etmiş şəbəkəsi fəaliyyət göstərir. Bu gün VEKA, pəncərə və qapı konstruksiyalarının hazırlanması üçün plastik profilin dünya üzrə ən böyük istehsalçılarından biridir. VEKA şirkətlər qrupu öz fəaliyyətini istehsalçı ölkədən asılı olmayaraq bütün müəssisələr üçün vahid keyfiyyət standartını müəyyən edən Sendenhorst şəhərindəki əsas müəssisənin daimi nəzarəti altında həyata keçirir.