ASG Ground Handling

ASG Ground Handling "ASG Ground Handling" - is one of the leading companies in the region offering the full range of ground handling services.

Our Ground Support Equipment is ready to provide services to almost any type of aircraft.

✈️ Bakı Hava Limanının Yerüstü Xidmət operatoru “China Southern Airlines” tərəfindən "Top Agent" mükafatına layiq görülü...
24/11/2025

✈️ Bakı Hava Limanının Yerüstü Xidmət operatoru “China Southern Airlines” tərəfindən "Top Agent" mükafatına layiq görülüb

ℹ️ Yerüstü xidmət üzrə operator “ASG Ground Handling”, Asiyanın və qlobal aviasiya bazarının ən böyük aviaşirkətlərindən biri olan “China Southern Airlines” tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanında aviaşirkətin reyslərinin xidmətində göstərdiyi nümunəvi keyfiyyət və yüksək dəqiqliyə görə "Top Agent" (“Ən Yaxşı Agent”) mükafatına layiq görülüb.

Mükafat, “ASG Ground Handling”-in əməliyyat fəaliyyətinin əsas göstəricilərinin qiymətləndirilməsi nəticəsində təqdim edilib. Qiymətləndirmədə təhlükəsizlik, prosedurlara dəqiq riayət olunması, hava gəmisinin dövr etmə müddəti, xidmətin vaxtında göstərilməsi və ekipajlarla qarşılıqlı əlaqənin keyfiyyəti kimi məsələlərə xüsusi diqqət yetirilib.

Mükafatı “ASG Business Aviation” MMC-nin direktoru Böyukağa Quliyevə, “China Southern Airlines”-ın Azərbaycandakı nümayəndəliyinin direktoru Janq Yanq təqdim edib. O, şirkətin beynəlxalq yerüstü əməliyyatlarının etibarlılığının təmin edilməsində “ASG Ground Handling” komandasına yüksək peşəkarlıq, sabit əməliyyat nəticələri və əhəmiyyətli töhfəyə görə minnətdarlığını bildirib.

📍 Daha ətraflı məlumat üçün: https://businessaviation.az/news/asg-ground-handling-awarded-top-agent-award

✈️ Baku Airport Ground Handling Operator Awarded Top Agent Award by China Southern Airlines

ℹ️ The ground handling operator ASG Ground Handling has received the Top Agent Award from one of Asia’s largest airlines and a major global aviation player — China Southern Airlines —­­­ in recognition of exemplary service quality and high punctuality in handling the airline’s flights at Heydar Aliyev International Airport.

The award was granted based on an evaluation of key operational performance indicators of ASG Ground Handling, with particular focus on safety, procedural accuracy, aircraft turnaround time, timeliness of services, and the quality of interaction with flight crews.

The award was presented to Boyukagha Guliyev, Director of ASG Business Aviation LLC, by Zhang Yang, Director of China Southern Airlines’ representative office in Azerbaijan, who expressed appreciation to the ASG Ground Handling team for their high professionalism, consistent operational results, and significant contribution to ensuring reliable international ground operations for the airline.

📍 For more information: https://businessaviation.az/news/asg-ground-handling-awarded-top-agent-award

09/10/2025

✈️ℹ️ “ASG Business Aviation” və “ASG Ground Handling” TDT 12-ci Zirvəsi çərçivəsində ali qonaqların hava gəmilərinə uğurla xidmət göstərib.
✈️ℹ️ ASG Business Aviation and ASG Ground Handling successfully provided ground handling services for high-level guests’ aircraft during the 12th Summit of the OTS.
🌐 Daha ətraflı / For more: https://businessaviation.az/news/asg-successfully-provided-services-during-the-ots

✈️ℹ️ “ASG Business Aviation” və “ASG Ground Handling” TDT 12-ci Zirvəsi çərçivəsində ali qonaqların hava gəmilərinə uğur...
09/10/2025

✈️ℹ️ “ASG Business Aviation” və “ASG Ground Handling” TDT 12-ci Zirvəsi çərçivəsində ali qonaqların hava gəmilərinə uğurla xidmət göstərib.

6-7 oktyabr tarixlərində baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvəsi çərçivəsində “ASG Business Aviation” və “ASG Ground Handling” şirkətləri birgə Qəbələ Beynəlxalq Hava Limanında yerüstü xidmət üzrə fəaliyyət göstərib.

Tədbir çərçivəsində xüsusi hava gəmilərinin qarşılanması, yola salınması və müxtəlif yerüstü xidmətlərin göstərilməsi üçün əraziyə müvafiq yerüstü xidmətin texnikaları və işçi qüvvəsi cəlb edilmişdir.

Şirkətlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğız və Macarıstanın dövlət təyyarələrini qəbul edərək onları müvafiq dayanacaqlara yerləşdirilməsini, sərnişin traplarının verilməsini, yüklərin boşaldılması və yüklənməsini təmin etmişdir. Həmçinin ali qonaqları qarşılayan kortejin perron ərazisində təhlükəsiz hərəkətinə xüsusi nəqliyyatlarla dəstək göstərmişdir.

✈️ℹ️ ASG Business Aviation and ASG Ground Handling successfully provided ground handling services for high-level guests’ aircraft during the 12th Summit of the OTS.

On October 6-7, within the framework of the 12th Summit of the Heads of State of the Organization of Turkic States (OTS), ASG Business Aviation and ASG Ground Handling together operated at Gabala International Airport, delivering ground handling services.

Special ground support equipment and staff were deployed to the area to handle the arrival, departure, and various ground service requirements of the official aircraft.

The companies successfully received and positioned the state aircraft of Azerbaijan, Türkiye, Kazakhstan, Turkmenistan, Uzbekistan, Kyrgyzstan, and Hungary at designated parking stands, provided boarding ramps, and ensured baggage unloading and loading. Additionally, ASG Ground Handling supported the motorcades welcoming high-level guests by ensuring their safe movement across the apron using special vehicles.

🌐 Mənbə / The source: https://businessaviation.az/news/asg-successfully-provided-services-during-the-ots

✈️ Bu gün Azərbaycanın mülki aviasiyasında xidmət göstərən əməkdaşların peşə bayramı günüdür.🎉Mülki Aviasiya Gününüz müb...
02/06/2025

✈️ Bu gün Azərbaycanın mülki aviasiyasında xidmət göstərən əməkdaşların peşə bayramı günüdür.

🎉Mülki Aviasiya Gününüz mübarək!

✈️ Today is the professional holiday of the employees serving in Azerbaijan's civil aviation sector.

🎉 Happy Civil Aviation Day!

21/05/2025

🛫 "Uçuşa gedən yol" layihəsinin növbəti qonağı Naibə Mehrəliyeva mülki aviasiyada əldə etdiyi 20 illik uğurlu karyerasından söz açır.

ℹ️ Naibə Mehrəliyeva hal-hazırda "ASG Business Aviation" MMC-nin "ASG Ground Handling" filialının Məlumat-arayış xidmətinin rəisi vəzifəsini icra edir. Hava limanında ilk işinə məlumat köşkündən başlayan Naibə xanım illər ərzində sərnişin və vətəndaşlara göstərdiyi peşəkar xidmətindən qazandığı təcrübə ilə artıq rəhbər vəzifəsinə qədər yüksəlmişdir.

📍🛩️ ASG Şirkətlər Qrupunda karyera imkanlarından faydalanmaq üçün istədiyiniz mövqe üzrə vakansiyanın adını məktubun mövzu hissəsinə qeyd etməklə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

🛫 The next guest of the “Path to flight” project is Naiba Mehraliyeva, who shares insights from her 20-year successful career in civil aviation.

ℹ️ Naiba Mehraliyeva currently serves as the Head of the Information and Inquiry Service at the ASG Ground Handling branch of ASG Business Aviation LLC. Naiba began her journey at the airport working at an information booth, and over the years, through the professional service she provided to passengers and citizens, she has gained valuable experience that led her to a leadership position.

📍🛩️ To take advantage of career opportunities at ASG Group of Companies, you can send your CV to [email protected], mentioning the position you are applying for in the subject line of your email.

23/04/2025

🛫 Elvin Allahverdiyev 15 illik peşəkar karyera inkişafını "Uçuşa gedən yol" layihəsində bölüşdü.

ℹ️ Elvin Allahverdiyev hal-hazırda "ASG Business Aviation" MMC-nin "ASG Ground Handling" filialının Sərnişin aviadaşınmalarının təşkili xidməti üzrə xidmət rəisinin müavini vəzifəsini icra edir. Bu qurumda ilk işinə Sərnişin aviadaşınmalarının təşkili xidmətində agent kimi fəaliyyətə başlayıb. İllər ərzində Sərnişin aviadaşınmalarının təşkili xidmətində karyerasını yüksəlişə doğru aparan müxtəlif vəzifələri uğurla yerinə yetirmişdir.

📍🛩️ ASG Şirkətlər Qrupunda karyera imkanlarından faydalanmaq üçün istədiyiniz mövqe üzrə vakansiyanın adını məktubun mövzu hissəsinə qeyd etməklə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

🛫 Elvin Allahhverdiev shared his 15-year career history as part of the "The path to flight" project.

ℹ️ At present, Elvin Allahhverdiev holds the position of Deputy Head of Air Passenger Transportation Organisation Service of ASG Ground Handling branch of ASG Business Aviation LLC. He started his professional activity in this structure as an agent of an air passenger transportation organisation service. During the years of work, he has successfully passed the way of professional growth, holding various positions in this sphere.

📍🛩️ To take advantage of career opportunities at ASG Group of Companies, you can send your CV to [email protected], mentioning the position you are applying for in the subject line of your email.

✈️❄️“ASG Business Aviation” terminalında qarlı bir gün. Yerüstü xidmətin əməkdaşları peşəkarlıqla işlərinin öhdəsindən g...
22/02/2025

✈️❄️“ASG Business Aviation” terminalında qarlı bir gün. Yerüstü xidmətin əməkdaşları peşəkarlıqla işlərinin öhdəsindən gəlirlər.

✈️❄️A snowy day at ASG Business Aviation terminal. Ground Handling crew cope with their work professionally.

🌐 asg.az

Address

Heydar Aliyev International Airport
Baku
AZ1044

Telephone

+994124374757

Alerts

Be the first to know and let us send you an email when ASG Ground Handling posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ASG Ground Handling:

Share