Plexus.az

Plexus.az Plexus-da biz sizin fikirlərinizi real məhsullara çevirməklə məşğuluq.

Uzun müddətdir ki, ağlınızda bir məhsul ideyası var. Saatlarla, günlərlə bu ideya üzərində düşünərək bazarı araşdırmısın...
11/03/2025

Uzun müddətdir ki, ağlınızda bir məhsul ideyası var. Saatlarla, günlərlə bu ideya üzərində düşünərək bazarı araşdırmısınız və əminsiniz ki, bu məhsul bazarda müvəffəqiyyət qazanacaq. Lakin, bu məhsulu həyata keçirmək üçün mühəndis dəstəyinə ehtiyacınız olduğu da aydın görünür. Bu məqalə ilə sizə doğru ünvanda olduğunuzu bildiririk. Məqsədimiz, fiziki bir məhsulun ideyadan başlayıb reallaşana qədər keçdiyi mərhələləri, həm sizinlə, həm də arxa planda baş verən mühəndislik proseslərini şərti bir məhsul üzərindən izah etməkdir.
Məsələn, evlər üçün tozsoran robotu ideyanız var. Bu ideyanı seçməklə, müxtəlif mühəndislik sahələrinin iş prinsiplərini bir məhsul üzərində təhlil edəcəyik. Məhsulunuzu ərsəyə gətirmək üçün bizimlə əməkdaşlıq etdiyiniz zaman proses aşağıdakı şəkildə inkişaf edir.
Addımlar:
1. Gizlilik Müqaviləsi
2. İlkin Görüş və İdeyanızın Təsviri
3. Təklif və Dəyərləndirmə Periodu
4. Razılıq və Müqavilə
5. Layihələndirmə və Prototip Dizayn Mərhələsi
6. Material Sifarişi
7. Prototipin Hazırlanması
8. Testlər
9. Növbəti Iterasiya və Düzəlişlər
10. Kütləvi İstehsal / Layihənin Təhvili

Linkə keçid edərək tam məqaləni oxuya bilərsiniz: https://plexus.az/fiziki-mehsul/

Plexus MMC, yüksək dərəcəli mütəxəssislərdən ibarət komandası ilə mühəndislik sahələrində geniş xidmətlər təqdim edir. A...
07/01/2025

Plexus MMC, yüksək dərəcəli mütəxəssislərdən ibarət komandası ilə mühəndislik sahələrində geniş xidmətlər təqdim edir. Aşağıdakı sahələrdə peşəkar həllər təklif edirik:

◇ Mexanika: Mexaniki sistemlərin analizi və inkişafı.
◇ Mexatronika: Mexanik və elektron komponentlərin sintezi.
◇ Elektronika: Elektron cihazların dizaynı və istehsalı.
◇ Proqramlaşdırma və Embedded: Proqram təminatı inkişafı və embedded sistemlərin yaradılması.
◇ Ağıllı bina sistemləri: Avtomatlaşdırma və enerji effektivliyi üçün inteqrasiya olunmuş sistemlər.
◇ Nəzarət və uzaqdan idarə etmə: Uzaqdan monitorinq və idarəetmə tətbiqləri.
◇ Yeni cihaz dizayn və istehsalı: İdeya mərhələsindən başlayaraq prototip və istehsala qədər tam xidmət.

Biz sizin ideyalarınızı real həllərə çevirərək, dizayn mərhələsindən kütləvi istehsala qədər hər mərhələdə dəstək oluruq. Hər hansı bir sualınız varsa və ya xüsusi bir layihə ilə maraqlanırsınızsa, bizimlə əlaqə saxlayın.

+994 50 330 16 90
[email protected]
www.plexus.az

05/01/2025

Kütləvi istehsal prosesi təsəvvür edək. Bu prosesin nəticəsi emal olunmuş neft, avtomobil və ya mətbəxdə gündəlik istifadə etdiyimiz pomidor tomatı olsun. Kütləvi istehsal prosesinin təməli çox sayda təkrarlanan proseslər zinciridir. Bu prosesləri xətasız və sürətlə icra etmənin sirri isə avtomatlaşdırmadır.

1. Kimdir?

Avtomatika mühəndisi avadanlıqların, sistemlərin və proseslərin avtomatlaşdırılmasını sənaye standartlarına cavab verən PLC-lər və ya DCS-lər vasitəsi ilə təmin edən ixtisaslı mütəxəssislərə deyilir. Avtomatika sadəcə istehsal və ya emal prosesində deyil, təyyarələrdə, dəmir yolu qatarlarında, ha belə, gəmilərdədə idarə etmə və təhlükəsizlik proseslərində də istifadə olunur.

2. Avtomatika mühəndisinin əsas vəzifələri nələrdir?

3. Hansı tip program və dillərdən istifadə edir?

4. Plexus olaraq avtomatika xidmətimizə nələr daxildir?

Ətraflı: https://plexus.az/services/avtomatika-xidmetleri/

Bilirdiniz ki, proqram təminatının iki növü var?Aşağı səviyyəli (Low level) və yuxarı səviyyəli (High level). Əgər yazıl...
02/01/2025

Bilirdiniz ki, proqram təminatının iki növü var?
Aşağı səviyyəli (Low level) və yuxarı səviyyəli (High level). Əgər yazılan proqram hər hansı bir əməliyyat sistemi üzərində deyil, bir başa mikrosxemlər üçün yazılırsa buna aşağı səviyyəli və ya ingilis dilində embedded proqram deyilir. 

Embedded Programçı kimdir?

Elektronik bir qurğuda mikroprosessor və mikrokontroller kimi mikrosxemlərin verilən tapşırıqları istədiyimiz formada icra etməsi üçün proqram təminatı yazan ixtisaslı mütəxəssislərdir.

Embedded proqramçının əsas vəzifələri nələrdir ?
Hansı dillərdən istifadə edir?
Plexus olaraq embedded xidmətimizə nələr daxildir?
Ətraflı: https://plexus.az/services/embedded-xidmetleri/ 

Yeni iliniz mübarək!
31/12/2024

Yeni iliniz mübarək!

Bilirdiniz ki, proqram təminatının iki növü var?Aşağı səviyyəli (Low level) və yuxarı səviyyəli (High level). Əgər yazıl...
30/12/2024

Bilirdiniz ki, proqram təminatının iki növü var?
Aşağı səviyyəli (Low level) və yuxarı səviyyəli (High level). Əgər yazılan proqram hər hansı bir əməliyyat sistemi üzərində işləyirsə (android, windows, İOS və.s) belə proqramlar yuxarı səviyyəli proqramlar adlanır.
Proqramçı kimdir?
Proqramçı tələb olunan funksiyaları müxtəlif proqramlama dillərindən istifadə edərək bir və ya bir neçə əməliyyat sistemində çalışmasını təmin edib, funksiyalara daxil olan dəyişənləri və funksiya nəticələrini istifadəçiyə oxunaqlı formada təqdim edən mütəxəssilərdir.
Proqramçılar əsas vəzifələrinə görə aşağıdakı qruplara bölünür.
Front end developer:
İstifadəçilərin görə bildiyi və qarşılıqlı əlaqəyə girə bildiyi interfeysi (UX/UI) təmin edən proqramçılardır.
Back end developer:
proqramın arxa planında istifadəçilərdən xəbərsiz çalışan və proqramın istənilən funksiyalarını yerinə yetirməsini təmin edən, məlumat bazasını yaradan proqramçılardır.
Full stack developer:
Həm interfeysi həm də arxa planda çalışan funksionallığı təmin edə bilən təcrübəli proqramçılara deyilir.
Hansı tip proqramlama dillərindən istifadə edir?
Plexus olaraq biz sizə nə təqdim edirik?
Daha ətraflı https://plexus.az/services/proqram-xidmetleri/

Çap lövhəsi (PCB), istənilən elektron qurğunu meydana çıxarmaq üçün ən zəruri hissədir. Bu hissəni dizayn, test və isteh...
30/12/2024

Çap lövhəsi (PCB), istənilən elektron qurğunu meydana çıxarmaq üçün ən zəruri hissədir. Bu hissəni dizayn, test və istehsal edən mütəxəssislər elektronika mühəndisləridir. Gəlin Plexus olaraq bizim mütəxəssilərin sizə nə təqdim etdiyini öyrənək.  

Elektronika mühəndisi kimdir?

Elektronika mühəndisi cihazların, sistemlərin və qurğuların dizayn, test və istehsal mərhələlərinin düzgün və planlı şəkildə davam etməsindən məsul olan mütəxəssisdir. Ümumiyyətlə, elektronika mühəndisliyi elektrik mühəndisliyinin yeddi alt sahəsindən biridir. Ağıllı telefonlardan tibbi cihazlara, yaşıl enerji sistemlərindən süni intellekt sahəsində istifadə edilən avadanlıqlara qədər, müasir həyatı mümkün edən hər bir sistemin dizaynında mütləq şəkildə elektronika mühəndisləri iştirak edir.

Elektronika mühəndisinin əsas vəzifələri nələrdir ?​​​​​​​

Hansı tip programlardan istifadə edir?

Hansı tip cihazlardan istifadə edir?

Plexus olaraq elektronika xidmətimizə nələr daxildir?

Daha ətraflı: https://plexus.az/elektronika-xidmetleri

Dinamik bir qurğu, istesal avadanlığı və ya robotlar; qısaca elektronika və mexanikanın birgə harmoniyası - bu harmoniya...
24/12/2024

Dinamik bir qurğu, istesal avadanlığı və ya robotlar; qısaca elektronika və mexanikanın birgə harmoniyası - bu harmoniyanı tənzimləyən məhz mexatronika mühəndisləridir.
Mexatronika mühəndisi mexanika, elektronika, kompüter mühəndisliyi və avtomatlaşdırma sahələrini birləşdirən bir mütəxəssisdir. Mexatronika mühəndisləri mexaniki sistemlərin elektron idarəetmə və proqram təminatı ilə inteqrasiyasını həyata keçirirlər. Mexatronika mühəndisliyi, əsasən robototexnika, avtomatlaşdırma və ağıllı sistemlərin inkişafı ilə məşğul olan müasir və çox şaxəli bir sahədir.
Ətraflı: https://plexus.az/services/mexatronika-xidmetleri/

Əgər bir fiziki məhsulu təsəvvür etsək o zaman görərik ki, mexanika mühəndisi bu məhsulun ərsəyə gəlməsində şərtsiz ki, ...
21/12/2024

Əgər bir fiziki məhsulu təsəvvür etsək o zaman görərik ki, mexanika mühəndisi bu məhsulun ərsəyə gəlməsində şərtsiz ki, iştirak edir. Belə ki, ən sadə halda desək fiziki məhsulun sənaye dizaynını, ölçülərini və formasını digər mühəndislik sahələri üçün məhz mexanika mühəndisləri təyin edir. Təbii ki, mexanika mühəndisinin rolu və öhdəlikləri sadəcə “forma” verməklə bitmir.

Mexanika mühəndisi;
- Kimdir?
- Məhsul yaradılmasında öhdəlikləri nələrdir?
- Hansı tip proqram və fayllardan istifadə edir?
- Plexus mexanika mühəndisliyi xidmətlərimizə nələr daxildir?

Bu barədə web səhifəmizdə ətraflı məlumat əldə edə bilərsiniz.

https://plexus.az/services/mexanika-xidmetleri/

Plexus-da biz sizin fikirlərinizi real məhsullara çevirməklə məşğuluq. Məhsul araşdırma və inkişafı sahəsində dərin təcr...
20/12/2024

Plexus-da biz sizin fikirlərinizi real məhsullara çevirməklə məşğuluq. Məhsul araşdırma və inkişafı sahəsində dərin təcrübələrimizi və fərqli düşüncə tərzimizi tətbiq edərək sizin məhsul ideyalarınızı uğurlu biznesə çevirə bilərik.

Məhsul təkmilləşdirmə xidmətimiz məhsulun ideya mərhələsindən satışına qədər bütün lazımı prosesləri əhatə edir. Ən son texnologiyalar və təstiqlənmiş metodların tətbiqi ilə məhsulunuzun rəqabətli bazarda uğur qazanmasını təmin edirik!

Fərq etmir, istəyiniz fiziki məhsul və ya program təminatı kimi mücərrəd məhsul olsun, çox disiplinli komandamızla Plexus “açar təhvil” prinsipi ilə sizi istədiyiniz məhsula qovuşduracaq.

Ətraflı məlumatı web səhifəmizdən əldə edə bilərsiniz: www.plexus.az

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Plexus.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Plexus.az:

Share