14/10/2026
5–6 oktyabr 2026-cı il tarixlərində “Tegeta Motors Baku” və “Bridgestone”un birgə təşkilatçılığı ilə Bakıda korporativ müştərilər, topdansatış tərəfdaşları və şin sənayesi nümayəndələri üçün ikigünlük təlim keçirilib.
İlk gün minik avtomobilləri (PSR), ikinci gün isə yük nəqliyyatı (TBR) üçün nəzərdə tutulan məhsul və həllərə həsr olunub.
“Bridgestone”un satış üzrə meneceri Feliks Samoylov iştirakçılarla şinlərin texnologiyaları, düzgün seçimi və istismarı barədə bilik və praktik təcrübəsini bölüşüb.
Tədbirdə tərəfdaşlığın gücləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və brendin Azərbaycan bazarında inkişaf perspektivləri də müzakirə olunub.
Bizimlə təcrübə və biliklərini bölüşən bütün iştirakçılara təşəkkür edirik!