Systemair Azerbaijan

Systemair Azerbaijan Systemair aparıcı İsveç havalandırma şirkətidir. Şirkət strategiyamız yüksək keyfiyyətli havalandırma sistemlərini inkişaf etdirərək istehsal etməkdir.

Systemair 54 ölkədə fəaliyyət göstərən aparıcı havalandırma şirkətidir. Bizim şirkət strategiyamız yüksək keyfiyyətli havalandırma sistemlərini inkişaf etdirərək istehsal etməkdir. Bizim məhsul çeşidliliyimiz enerjiyə qənaət edən ventilyatorları (Fan), mərkəzi kondisionərləri (AHU), hava paylayıcı məhsulları (Air Distribution Products), soyuducu qurğuları (Chiller və VRF), hava pərdələri (Air Curt

ains), və isitmə məhsullarını əhatə edir. Bizim məhsullar seçimi, quraşdırılması və istifadəsi çox asandır. Biz keyfiyyət, texniki dəstək və etibarlı çatdırılmaya görə müştərilərimizin etibarını qazanmışıq. Əlavə olaraq, Systemair şirkəti ilə iş görmək müştərilərə asan və rahatdır. Etibarlılıq bizim sadiq qaldığımız ən önəmli dəyərdir. Bu o deməkdir ki, müştərilərimiz düzgün, tam performansla çalışan yüksək keyfiyyətli məhsulu vaxtında alacaqlarından daim əmin ola bilərlər. Biz bunun üçün 24 saat, 365 gün 4 qitədə əzmlə çalışırıq. Faktlar

- Şirkət 1974-cü ildə Prezident və CEO Gerald Engström təşəbbüsü ilə qurulmuşdur.
- Systemair-in baş ofisi İsveçin Skinnskatteberg şəhərində yerləşir
- Systemair şirkətlər grupu 80 şirkətdən və 6,400 əməkdaşdan ibarətdir.
- 23 istehsalat müəssisəsi və 280,000 m2 dən çox anbar.
- Systemair Avropa, Cənubi ve Şimali Amerika, Orta Şərq, Asiya və Şimali Afrikanın 54-dən çox ölkəsində fəaliyyət göstərir.

Ağdam dirçəlir, sənaye Systemairlə güclənir!📍 Prezident İlham Əliyevin iştirakı ilə baş tutan bu açılış bir daha sübut e...
05/08/2025

Ağdam dirçəlir, sənaye Systemairlə güclənir!

📍 Prezident İlham Əliyevin iştirakı ilə baş tutan bu açılış bir daha sübut edir ki, Qarabağ artıq inkişaf və istehsal məkanıdır.

Bizim tərəfimizdən təmin olunan 4 ədəd 80.000 m³/saat-lıq, 2 ədəd 60.000 m³/saat-lıq və 1 ədəd 24.000 m³/saat-lıq AHU sistemləri və VRF çöl blokları məhsul keyfiyyətinin qorunması, işçi komfortunun təmin olunması və zavodun daxili mikroiqliminin sabit saxlanması məqsədi daşıyır.

Sistemair Azərbaycan olaraq biz də sənayeləşmə və bərpa proseslərinə texnoloji dəstək göstərməkdən qürur duyuruq!

Uyğun və effektiv HVAC həlləri daxili hava keyfiyyətinin (IAQ) yaxşılaşdırılmasında mühüm rol oynayır ki, bu da birbaşa ...
22/07/2025

Uyğun və effektiv HVAC həlləri daxili hava keyfiyyətinin (IAQ) yaxşılaşdırılmasında mühüm rol oynayır ki, bu da birbaşa olaraq hər kəsin sağlamlığına müsbət təsir göstərir.� Sürüşdürərək yüksək hava keyfiyyəti ilə sağlam həyat arasındakı əlaqə haqqında daha ətraflı məlumat əldə edin.

Qürur duyuruq!� Azərbaycanın enerji təhlükəsizliyində mühüm rol oynayan və Prezident İlham Əliyevin iştirakı ilə açılışı...
07/07/2025

Qürur duyuruq!� Azərbaycanın enerji təhlükəsizliyində mühüm rol oynayan və Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilmiş Mingəçevirdəki 8 Noyabr İstilik Elektrik Stansiyasının havalandırma sistemləri Systemair Azərbaycan tərəfindən təmin olunub.
🔧 Enerji sektorunda dayanıqlı və səmərəli həllər təqdim etməkdən məmnunuq. Yüksək məhsuldarlığa malik ventilyasiya və iqlim sistemlərimiz bu nəhəng layihənin texniki tələblərinə tam uyğun şəkildə layihələndirilib və quraşdırılıb.
Bu layihə ilə Azərbaycanın enerji sektoruna töhfə verməkdən böyük fəxr hissi keçiririk.
📍Yüksək keyfiyyət, innovasiya və peşəkar yanaşma – bu, bizim iş prinsipimizdir.
Foto mənbəyi: president.az

24/06/2025

Təhlükəsizlik Systemair-in patentləşdirilmiş və sınaqdan keçmiş yanğın həlli olan C-C120 Tərs Sürət Tüstü Qapağı ilə sadələşdirilir. Bu məhsul son istifadəçilər, məsləhətçilər və quraşdırıcılar üçün təhlükəsizliyi yenidən təyin edir.

• O, aşağıdakı üstünlükləri təqdim edir:
• Hərtərəfli qoruma
• Asan və çevik quraşdırma
• Enerjiyə qənaət və azaldılmış ekoloji təsir
• Səssiz işləmə
• Müvafiq normativlərə uyğunluq
• Sərfəli qiymət və yüksək keyfiyyət

Fizikanın gücündən istifadə edərək, C-C120 heç bir elektrik və əlavə enerji tələb etmədən güclü və davamlı yanğın və tüstü təcridi təmin edir.

Gələcəyin süni intellekt mərkəzlərinə güc veririk!Fan divarları, ventilyatorlar, yanğın klapanları və diffuzorlar — gəli...
18/06/2025

Gələcəyin süni intellekt mərkəzlərinə güc veririk!
Fan divarları, ventilyatorlar, yanğın klapanları və diffuzorlar — gəlin məlumat mərkəziniz üçün ideal havalandırma həllərini birlikdə tapaq: [email protected]
Daha çox məlumat üçün Data Centre Cooling Solutions səhifəsini izləyin.

Dayanıqlılığın sadəcə bir seçim deyil, zərurət olduğu dövrlərdə  köməyə çatır. Onlar CO₂mpass ilə səmərəliliyi, təhlükəs...
04/06/2025

Dayanıqlılığın sadəcə bir seçim deyil, zərurət olduğu dövrlərdə köməyə çatır. Onlar CO₂mpass ilə səmərəliliyi, təhlükəsizliyi və ətraf mühitə cavabdehliyi bir həllə birləşdirərək havalandırma və kondisioner texnologiyasını yenidən tərif ediblər. Daha ətraflı öyrənmək üçün sürüşdürün!

Systemair Azərbaycan yenə diqqət mərkəzindədir!Şirkətimizin baş direktoru Orxan Babayev bu müsahibədə Azərbaycanın iqlim...
20/05/2025

Systemair Azərbaycan yenə diqqət mərkəzindədir!
Şirkətimizin baş direktoru Orxan Babayev bu müsahibədə Azərbaycanın iqlim xüsusiyyətlərini necə dəyərləndirdiyimizi və qabaqcıl HVAC həllərini necə təqdim etdiyimizi paylaşır ✅
Systemair komandasının bir parçası olmaq qürur vericidir!

Link şərh bölməsində paylaşılmışdır ✅

Systemair-in rotorlu istilik dəyişdiricili Topvex HP havalandırma qurğuları asan quraşdırma, əla enerji səmərəliliyi və ...
14/05/2025

Systemair-in rotorlu istilik dəyişdiricili Topvex HP havalandırma qurğuları asan quraşdırma, əla enerji səmərəliliyi və soyuq havalarda etibarlı işləmə kimi bir çox üstünlüklər təqdim edir. Daha ətraflı məlumat üçün sürüşdürün!

Systemair-in Geniox AHU-ları yüksək çevikliyi və geniş tətbiq sahələri ilə tanınır. İndi isə bu qurğular 10-dan 24-ə qəd...
30/04/2025

Systemair-in Geniox AHU-ları yüksək çevikliyi və geniş tətbiq sahələri ilə tanınır. İndi isə bu qurğular 10-dan 24-ə qədər ölçülərdə əks axınlı istilik dəyişdiriciləri ilə təklif olunur. Daha ətraflı məlumat üçün sürüşdürün.

Systemair-də davamlılıq biznesimizin ayrılmaz bir hissəsidir. Enerji baxımından səmərəli olan bir çox məhsul və həllərim...
22/04/2025

Systemair-də davamlılıq biznesimizin ayrılmaz bir hissəsidir. Enerji baxımından səmərəli olan bir çox məhsul və həllərimizin binalarda enerji istehlakını azaltmağa və istixana qazı emissiyalarını aşağı salmağa real töhfə verdiyini qürurla qeyd edirik. Bundan əlavə, dünya üzrə istehsalat müəssisələrimizdə, xüsusilə də öz fəaliyyətimizdə ətraf mühit və iqlim məsələlərinə böyük önəm veririk. Daha ətraflı öyrənmək üçün sürüşdürün!

 dayanıqlılıq sahəsində böyük bir addım ataraq, emissiya hədəflərinin Science Based Targets initiative (SBTi) tərəfindən...
16/04/2025

dayanıqlılıq sahəsində böyük bir addım ataraq, emissiya hədəflərinin Science Based Targets initiative (SBTi) tərəfindən təsdiqlənməsinə nail olub. Bu beynəlxalq tanınmış təşkilat şirkətlərin iqlim hədəflərinin elmi əsaslara söykənməsini və qlobal istiləşmənin normal səviyyələrdə saxlanılması üçün lazım olan meyarlara uyğun olmasını təmin edir.

Address

Baku
AZ1029

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Systemair Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share