Engineer Ladies Club

Engineer Ladies Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Engineer Ladies Club, Engineering service, Ahmad Rajabli 205, Baku.

Engineer Ladies Club mühəndislik, texniki və təbiət elmləri üzrə təhsil alan və ya işləyən xanımların inkişafı, sosiallaşması, bir-birini tanıması, məlumatlarını, təcrübələrini bölüşməsi üçün şərait yaratmaq məqsədilə qurulmuşdur. Xanımların vaxtlarını səmərəli keçirmələri, öz ixtisasları üzrə praktiki və nəzəri biliklər əldə edə bilmələri üçün seminarlar, təlimlər, məlumatlandırıcı gəzintilər təşkil etmək, həmçinin onların öz layihələrini həyata keçirmələri üçün dəstək olmağı hədəfləyir.

15 years old entrepreneur Reyhan Jamalova is the first Azerbaijani to make the list. She invented a product called "Rain...
28/03/2018

15 years old entrepreneur Reyhan Jamalova is the first Azerbaijani to make the list. She invented a product called "Rainergy", which is designed to harvest energy from rainwater.
Congratulations Reyhan Jamalova!!!😍😍😍

Azerbaijan proqramının məzunu Reyhan Camalova öz layihəsi ilə jurnalın 2018 - ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri oldu!

Bu Azərbaycan innovasiya tarixində baş verən birinci belə möhtəşəm hadisədir!

Sən də öz yaşıl biznes ideyan ilə müraciət et və ClimateLaunchpad 2018 proqramında iştirak edəcək layihələrdən biri ol!

Müraciət linki: https://climatelaunchpad.org/application-form/

Forbesda oxu: https://goo.gl/dmCUH5

Mühəndis xanımlarımız da faydalana bilərlər!Salam startup əhli! :DÇoxdan gözlədiyiniz xəbəri verək! ClimateLaunchpad Azə...
21/02/2018

Mühəndis xanımlarımız da faydalana bilərlər!

Salam startup əhli! :D

Çoxdan gözlədiyiniz xəbəri verək! ClimateLaunchpad Azərbaycan 2018 akselerasiya proqramı üçün müraciətləri açıq elan edirik!

Keçən il 35 ölkənin iştirak etdiyi, dünyanın ən böyük "cleantech" biznes ideya müsabiqəsi olan ClimateLaunchpad proqramında Azərbaycandan 13 startup qəbul olaraq 10 həftəlik akselerator proqramdan keçdilər. Və ölkə finalında top-3 startup dünya finalında Azərbaycanı təmsil edərək 105 startup içərisində ən yaxşı 15 startupdan biri olmağa nail oldular!

Bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startup akselerator proqramı çərçivəsində proqres edərək İsveçrədə 18 aylıq akselerator (€ 95,000 avro investisiya ilə) və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar!

– Birinci yer: € 10,000 avro,
– Ikinci yer: € 5,000 avro,
– Üçüncü yer: € 2,500 avro.

+ Hər biri € 5,000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: € 25,000 avro)
+ Dünya finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır!

Son müraciət tarixi: 31 Mart, 2018

Özünüzə və ideyalarınıza güvənin və müraciət edin!
Müraciət formu: goo.gl/4UfES5


ClimateLaunchpad

XƏYALIMDAKI GƏLƏCƏK-XANIMLARBu dəfə Pərviz Həsənovdan mühəndis xanımlara özəl möhtəşəm seminar. Hər zaman Azərbaycandakı...
20/02/2018

XƏYALIMDAKI GƏLƏCƏK-XANIMLAR

Bu dəfə Pərviz Həsənovdan mühəndis xanımlara özəl möhtəşəm seminar. Hər zaman Azərbaycandakı gənclərə mühəndisliyi sevdirən Parviz Hasanov a xüsusi təşəkkür edirik!😊

Seminarımızın təşkilində göstərdiyi dəstək üçün Bakı Amerika Mərkəzinə minnətdarıq.🙂

Gözəl və dəyərli iştirakçılarımız isə müsbət enerjiləri ilə bizi ruhlandırdılar.😍😍😍
Hamınıza təşəkkür edirik!!!

20/02/2018

Əziz mühəndis xanımlar!
Bu gün saat 15:00-da "Xəyalımdakı Gələcək-Xanımlar" mövzusunda seminarımız baş tutacaq. Seminara maraq göstərən və qeydiyyatdan keçən hər bir xanıma təşəkkür edirik.😍
Qeydiyyatı təsdiqlənmiş iştirakçılara elektron məktub göndərilmişdir.🙂 Əsasən bu ixtisaslarda təhsil almağa yeni başlayan iştirakçılar seçilmişdir. Məqsədimiz mühəndis xanımlar üçün faydalı işlər görməkdir.☺

❗Xəzər Mühəndislər Cəmiyyəti 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə “ Mühəndislikdə Qadın Olmaq” adlı yazı(inşa) m...
18/02/2018

❗Xəzər Mühəndislər Cəmiyyəti 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə “ Mühəndislikdə Qadın Olmaq” adlı yazı(inşa) müsabiqəsi elan edir.

Ali təhsil müəssisələrində Mühəndislik ixtisasları üzrə təhsil alan xanım tələbələr və ya istehsalatda çalışan mühəndis xanımlar arasında həyata keçirilən bu müsabiqənin əsas məqsədi ölkənin mühəndislik sahəsi üzrə xanımların bu sahədə rolunun vacibliyini və həmçinin gələcəkdə gənc xanım mühəndis olmaq üçün bu sahənin incəliklərini çatdırmaqdan ibarətdir.

Müsabiqənin şərtləri :
➡️Müsabiqədə yalnız Mühəndislik üzrə təhsil alan tələbə və ya hal-hazırda mühəndis kimi çalışan xanım namizədlər iştirak edə bilər.
➡️Müsabiqəyə namizədlər yalnız bir yazı təqdim edə bilər.
➡️Yazılar ən azı iki (2) səhifə olmaqla yanaşı “Times New Roman 12” şriftilə yazılmalı və elektron formada göndərilməlidir.
➡️Yazılar orijinal olmalıdır. Daha əvvəl çap edilmiş və ya yazılmış yazılar qəbul edilməyəcəkdir.
➡️Yazılara təhsil aldığı və ya çalışdığı istehsalat sahələrindən fotolar əlavə etməli.
➡️Müsabiqə üçün yazılar 2018-ci ilin mart ayının 5-dək elektron formada qeyd edilən email (elektron) ünvana göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, oxuduğu üniversitet/çalışdığı şirkət və əlaqə nömrələrini )göstərməsi zəruridir.

📧E-mail: [email protected]

❗Qeyd : Qalib şəxs dəyərli hədiyyə ilə Xəzər Mühəndislər Cəmiyyətinin ofisində təltif olunacaq.
Caspian Engineers Society

Əziz xanımlar!  8 Mart bayramını romantik Parisdə keçirmək istərdinizmi?Onda bünövrəni indi tökmək lazımdır. Necə? Sadəc...
02/02/2018

Əziz xanımlar! 8 Mart bayramını romantik Parisdə keçirmək istərdinizmi?

Onda bünövrəni indi tökmək lazımdır. Necə? Sadəcə! bax bu linkə daxil olub, qeydiyyatdan keçirsiniz və üç gün davam edən intensiv proqram müddətində business ideyanızı komanda üzvləri ilə bişirirsiniz və münsiflər qabağında təqdim edirsiniz.

Qalib xanım Parisə Qlobal Startup Weekendə bilet qazanır. (Bir az cürətli olun, mən də orda olacam ) İrəli !!!!!!!!!! Leyla Tagizade

http://communities.techstars.com/azerbaijan/baku-azerbaijan/startup-weekend/12361 -overview

28/01/2018

Azərbaycan gəncinin həyatda nələr əldə edə biləcəyindən bəhs edən bənzərsiz bir seminar - " Xəyalımdakı Gələcək - Xanımlar"!

TEZLİKLƏ - da!

28/09/2017

Bu ilin dekabrında “Aİ-Robot” Uşaq və Gənclərin Respublika İntellektual Festivalının final mərhələsi keçiriləcək. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ilk dəfə keçirilən festivalın əsas məqsədi məktəblilərin müasir elmi-texniki biliklərinin artırılması, intellektual elmi-texniki

11/08/2017
Əziz tələbələr, məzunlar və Texnologiya və Dizaynla maraqlananlar! Maker Space at Baku American Center yeni könüllülər v...
01/06/2017

Əziz tələbələr, məzunlar və Texnologiya və Dizaynla maraqlananlar!

Maker Space at Baku American Center yeni könüllülər və təlimçilər üçün “Train the Trainer” adlı proqrama qəbul haqqında elan edir. Təlimlər ingilis və azərbaycan dillərində, həftədə iki və ya üç dəfə iyun və iyul ayları ərzində keçiriləcəkdir. Proqram robototexnika, proqramlaşdırma, 3D-nin əsasları və Arduino üzərində qurulacaqdır.

Təlimlər TAMAMİLƏ ÖDƏNİŞSİZDİR! Müvəffəqiyyətli iştirakçılar proqramın sonunda sertifikatlarla təltif ediləcəklər.

Qeydiyyatdan keçmək üçün, zəhmət olmasa, bu formanı doldurun: https://goo.gl/forms/JMMMBS8tuQicJxSB3

Qeydiyyat 12 iyun, 2017 tarixində bitir.

Suallarınız yaranarsa bizimlə əlaqə saxlayın! :)

📍 R. Behbudov, 134
☎️ (012) 441 36 80 / 441 22 79 (225)
📧 [email protected]

--------------------------------------------------------

Dear students, graduates and all who are interested in Technology and Design!

Maker Space at the Baku American Center is happy to announce registration for "Train the Trainer" program for new volunteers and trainers. Trainings will be held in Azerbaijani and English, twice or thrice a week during June and July. Program will be based on Robotics, Programming, 3D essentials and Arduino.

Trainings are completely FREE OF CHARGE. Successful participants will get certificates by the end of the program.

To register please fill out this form: https://goo.gl/forms/JMMMBS8tuQicJxSB3

Registration ends on June 12, 2017!

Please contact / message us if you have any questions! :)

📍 R. Behbudov, 134
☎️ (012) 441 36 80 / 441 22 79 (225)
📧 [email protected]

Address

Ahmad Rajabli 205
Baku

Alerts

Be the first to know and let us send you an email when Engineer Ladies Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Engineer Ladies Club:

Share