Agricon LLC

Agricon LLC “AGRICON” şirkətinin fəaliyyət istiqaməti Avropanın ixtisaslaşmış kənd təsərrüfatı

Agricon şirkəti çox önəmli təslimatlarından birini həyata keçirtdi 💪Bu gün biz böyük bir layihənin ilk 10 ədəd Palfinger...
31/01/2024

Agricon şirkəti çox önəmli təslimatlarından birini həyata keçirtdi 💪
Bu gün biz böyük bir layihənin ilk 10 ədəd Palfinger kran manipulyatorunu müştəriyə uğurla təhvil verdik. Etibarlılığı və keyfiyyəti ilə seçilən Palfinger brendi ilə əməkdaşlıq etmək qürurvericidir.

Dəyərli müştərilər,Öncədən də qeyd etdiyimiz kimi Agricon MMC texnikayla yanaşı, həmçinin təkər və digər ehtiyat hissələ...
07/07/2023

Dəyərli müştərilər,

Öncədən də qeyd etdiyimiz kimi Agricon MMC texnikayla yanaşı, həmçinin təkər və digər ehtiyat hissələrinin satışıyla da məşğuldur.
Nəzərinizə çatdırmaq istəyirik ki, bu gün biz müştərimizin istəyi ilə iki konteyner xüsusi təkərləri uğurla təhvil verdik.

———————————————————————
Əlaqə: 📞 050 299 00 17

🌐www.agricon.az

Agricon şirkəti xalqımızı Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir! 🌙✨🕋Allahdan tutduğunuz orucun, etdiyiniz du...
21/04/2023

Agricon şirkəti xalqımızı Müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir! 🌙✨🕋

Allahdan tutduğunuz orucun, etdiyiniz duaların qəbul olunmasını diləyirik. Canınız sağlam, eviniz sevgi və bərəkətlə dolu olsun! 🤲

Dəyərli xanımlar!Hər birinizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, bərabərlik və xöşbəxtlik...
08/03/2023

Dəyərli xanımlar!

Hər birinizi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, bərabərlik və xöşbəxtlik dolu həyat sürməyinizi diləyirik.
Bayramınız mübarək! 🌹💝

Hər zaman olduğu kimi, bu dəfə də yeni uğurumuzu sizinlə paylaşmaq istədik.Bir müddət öncə sifariş aldığımız özüboşaldan...
14/02/2023

Hər zaman olduğu kimi, bu dəfə də yeni uğurumuzu sizinlə paylaşmaq istədik.
Bir müddət öncə sifariş aldığımız özüboşaldan yük maşınlarını qısa vaxtda dəyərli müştərimizə təhvil verdik 🚛🤝

20 Yanvar, Ümumxalq Hüzn Günündən 33 il ötür. 1990-cı il, 19-dan 20-nə keçən gecə tarix yazan qəhrəmanlarımızı Azərbayca...
19/01/2023

20 Yanvar, Ümumxalq Hüzn Günündən 33 il ötür. 1990-cı il, 19-dan 20-nə keçən gecə tarix yazan qəhrəmanlarımızı Azərbaycan xalqı ehtiramla yad edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

31/12/2022

Agricon MMC xalqımızı 31 dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir! 🥳🎄
2023-cü ildə yeni uğurlar, nailiyyətlər diləyirik💝

John Deere və Palfinger 💪Bu möhtəşəm cütlüyü dünyanın bir nömrəli kombinasiyası adlandırsaq, heç də yanılmarıq. Hər biri...
21/12/2022

John Deere və Palfinger 💪
Bu möhtəşəm cütlüyü dünyanın bir nömrəli kombinasiyası adlandırsaq, heç də yanılmarıq. Hər biri öz sahəsində lider olan bu ikili müxtəlif işlərdə sizə tam dəstək göstərəcəkdir.
Çatmaq istədiyiniz zirvəni John Deere və Palfinger cütlüyünə etibar edin!

Şanlı Zəfərimiz mübarək olsun!
08/11/2022

Şanlı Zəfərimiz mübarək olsun!


İngiltərənin 𝗝𝗖𝗕 brendi fərqli sahələr üçün müxtəlif texnikalar istehsal edir, bunlara kənd təsərrüfatı texnikası da dax...
25/07/2022

İngiltərənin 𝗝𝗖𝗕 brendi fərqli sahələr üçün müxtəlif texnikalar istehsal edir, bunlara kənd təsərrüfatı texnikası da daxildir. Bu dəfə biz kənd təsərrüfatı üçün nəzərdə tutulan 𝗝𝗖𝗕 𝟱𝟯𝟭-𝟳𝟬 teleskopik yükləyicisini müştərimiz üçün sifariş etdik və texnikamız artıq ölkəmizə çatmaq üzrədir.

Kompakt ölçüdə olmasına baxmayaraq, bu teleskopik yükləyici 7 metr maksimal yükqaldırma hündürlüyünə və 3 tondan çox yükqaldırma qabiliyyətinə malikdir.

Təqdim etdiyimiz 𝐏𝐚𝐥𝐟𝐢𝐧𝐠𝐞𝐫 𝐏𝐊𝟑𝟐𝟎𝟖𝟎 kran-manipulyatoru Kamaz 6x6 dartıcı üzərində quraşdırılmış tros ilə təchiz olunmuşdu...
15/07/2022

Təqdim etdiyimiz 𝐏𝐚𝐥𝐟𝐢𝐧𝐠𝐞𝐫 𝐏𝐊𝟑𝟐𝟎𝟖𝟎 kran-manipulyatoru Kamaz 6x6 dartıcı üzərində quraşdırılmış tros ilə təchiz olunmuşdur.
Müştərimizin sifarişi ilə gətirdiyimiz bu qurğu Palfinger zavodunun mütəxəssisi tərəfindən iki günlük təlim və sınaqdan keçirdikdən sonra təhvil verildi.

08/06/2022

Budur, artıq “Agricon” şirkəti öz bir yaşını qeyd edir. Kiçik lakin, əmin addımlarla irəliləyən şirkətimiz bir il ərzində istər yerli, istərsə də xarici şirkətlərlə uğurlu layihələrə imza atıb. Sevindirici haldır ki, qısa zaman kəsiyində bu layihələr artıq öz bəhrəsini verib və müsbət nailiyyətlərlə nəticələnmişdir. Bu, bilavasitə şirkət kollektivinin yüksək və peşəkar əməyi nəticəsində əldə olunmuşdur. Şirkətimizin yaşının kiçik olmasına baxmayaraq, kollektivin hər bir üzvü fəaliyyət göstərdiyimiz sahə üzrə 20 ilə yaxın praktik iş təcrübəsinə malik ixtisaslaşmış mütəxəssislərdir. Şirkətimizin əsas fəaliyyət istiqaməti tikinti və kənd təsərrüfatı texnikalarının idxalı olsa da bununla yanaşı müxtəlif texnikalar üçün ehtiyat hissələrinin satışıyla da yetərincə uğur qazanıb. Geridə qoyduğumuz zaman ərzində yeni müştərilərin cəlb olunmasına və onların etimadını qazanmağa nail olmuşuq. Bizimlə əməkdaşlıq edən bir çox müəssisə və təşkilatlar etibarlı iş prinsipimizdən razı qaldıqlarını bildirirlər ki, bu da bizim üçün böyük bir fəxrdir. Çünki, müştəri məmnuniyyəti Agricon MMC-nin təməl prinsiplərindən biridir.
Bundan əlavə, Agricon MMC bir çox tanınmış xarici şirkətlərin yanında yüksək nüfuz qazanıb və bunun nəticəsi olaraq, həmin şirkətlərlə əməkdaşlığı daha da gücləndirərək Azərbaycan bazarında dilerlik fəaliyyətini genişləndirib.
Əminik ki, üzərinə düşən hər bir işin keyfiyyətli icrasını rəhbər tutan Agricon MMC ilə əməkdaşlıq etmək istəyənlərin sayı getdikcə artacaq.

Address

Ziya Bünyadov Pr. 1965
Baku
AZ1075

Alerts

Be the first to know and let us send you an email when Agricon LLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Agricon LLC:

Share