14/06/2024
15 İyun - Milli Qurtuluş Günüdür.
İyun ayının 15-i xalqımız üçün əsl qurtuluş günüdür. Bu tarixi hadisəni yaradan şəxs isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, güclənməsində və inkişafında əvəzolunmaz rol oynayan, daim xalqına dayaq duran və xalqının dayaq nöqtəsi olan Ümummilli Lider Heydər Əliyevdir.