11/01/2022
“Azpilot LLC” şirkəti dənizçilər üçün təlim-tədris prosesi həyata keçirməyə davam edir.
Dənizçilik sahəsində səmərəliliyin yüksəldilməsi və peşəkarlığın təmin olunması üçün dənizçilik sertifikatlarını “Azpilot LLC” şirkəti tərəfindən təşkil olunan təlim- tədris prosesi nəticəsində əldə edə və ya müddəti bitmiş sertifikatları dəyişdirə bilərsiniz.
Təlim kurslarımız əhatə etdiyi mövzu dairəsinə əsasən, müxtəlif müddətləri əhatə edir.
“Azpilot LLC” şirkəti tərəfindən təlim keçən dənizçilər STCW (Standards of Training, Certification and Watchkeeping for seafarers ) “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın qaydasına əsasən sertifikatla təmin olunur.
Təlimlərdə iştirak üçün tələb olunan sənədlər
• 3x4 şəkil (1 ədəd);
• Tibbi kitabçanın surəti;
• Təhsil haqqında sənədin surəti;
• İşçi diplomunun surəti (əgər varsa);
• Şəxsiyyət vəsiqəsinin surəti;
• vaxtı bitmiş şertifikatların əsli
Təlim kurslarımız aşağıdakı sahələri əhatə edir:
⚓️ Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya (müddət 3 gün)
Basic training and qualifications on oil and chemical tanker cargo operations
⚓️ Neft tankerlərində yük əməliyyatına dair geniş program üzrə hazırlıq ( müddət 4 gün)
Advanced Training For Chemical Tanker Cargo Operations
⚓️ İzdiahamın idarə olunması üzrə hazırlıq ( müddət 3 gün)
Crowd management training
⚓️ Sərnişinlərin, yükün və gəmi gövdəsinin təhlükəsizliyi üzrə hazırlıq ( müddət 3 gün)
Passenger safety, cargo safety and hull integrity training
⚓️ Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq ( müddət 3 gün)
Crisis management and human behavior training
⚓️ Gəminin mühafizəsi üzrə məsul şəxs ( müddət 3 gün)
Training for seafarers with designated security duties
⚓️ Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı ( müddət 2 gün)
Training for seafarers with designated security duties
⚓️ Sürətli olmayan xilasedici qayıq və sallar üzrə mütəxəssis ( müddət 4 gün)
Proficiency in survival craft and boats
⚓️ Gəmi Mühafizəsi üzrə ümumi hazırlıq və təlimat ( müddət 1 gün)
Ship Security –related trainig and instruction
⚓️ Yanğınla mübarizədə geniş program üzrə təlim ( müddət 4 gün)
Training in advanced fire-fighting
⚓️ Əmniyyətli İdarəetmə Haqqında Beynəlxalq Məcəllə ( müddət 3 gün)
International Safety Manegement
⚓️ Təhlükəli və zərərli yüklərin daşınması ( müddət 4 gün)
Dangerous and harmfull cargoes
⚓️ Gəmidə ilk Tibbi Yardım ( müddət 4 gün)
Medical First Aid
⚓️ Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat ( müddət 5 gün)
⚓️ Safety familiarization , basic training and instruction for all seafarers
- sağ qalmaq uğrunda mübarizə üsulları
- yanğına qarşı təhlükəsizlik və mübarizə
- ilk tibbi yardım
- şəxsi təhlükəsizlik və ictimai məsuliyyət
⚓️ Gəmidə Tibbi Nəzarət ( müddət 6 gün)
Medical Care on Board
⚓️ İner qaz sistemi ( müddət 3 gün)
İnert qas system
⚓️ Gəmi qaz analizatorları və onların istismarı ( müddət 3 gün)
Ship’s gas analysers and their operation
⚓️ Liderlik və birgə iş fəaliyyəti ( müddət 3 gün)
Leadership and Teamwork
⚓️ Gəmi mühafizəsi üzrə məsul şəxs ( müddət 4 gün)
Ship safety officer
⚓️ Sürətli xilasetmə qayıq mütəxəssisi ( müddət 4 gün)
Proficiency in Fast Rescue Boats
⚓️ Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatlarının geniş program üzrə hazırlığı ( müddət 5 gün)
Advanced training for chemical tanker cargo operations
⚓️ Maşın şöbəsinin resurslarının idarə olunması ( müddət 4 gün)
Engine-room resource management
⚓️ Kapitan körpüsü komandası və növbə çəkmənin təşkili ( müddət 5 gün)
Bridge Team and Resources Management
⚓️ Sərnişinlərə bilavasitə xidmət göstərən heyət üzvləri üçün təhlükəsizlik üzrə hazırlıq ( müddət 3 gün)
Safety training for personnel providing direct servic to passengers
⚓️ Elektron xəritə displeyinin və informasiya sistemlərinin istismar qaydaları ( müddət 5 gün)
Operational Use of Electronic chart display and information systems
⚓️ Gəminin idarə olunması və manevr edilməsi ( müddət 4 gün)
Ship Handling and Maneuvering
⚓️ Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış –xilasetmə (idarə etmə səviyyəsində) ( müddət 12 gün)
Radar, ARPA, bridge teamwork and search and rescue
⚓️ Radar, müşahidə və təsviri, avtomatik radar müşahidəsi vasitələrinin istismarı (istismar səviyyəsində) ( müddət 12 gün)
Radar navigation ,radar plotting and use of ARPA
⚓️ Global dəniz fəlakət və əmniyyətli rabitə sisteminin məhdud operatoru ( müddət 18 gün)
Global maritime distress and safety system restricted operator
⚓️ Global dəniz fəlakət və Əmniyyətli rabitə sisteminin ümumi operatoru ( müddət 18 gün)
Global maritime distress and safety system general operator
Təlimlərimiz barədə daha ətraflı məlumat almaq üçün şirkətimizlə əlaqə saxlaya bilərsiniz.
⚓️
☎ +994 12 5645985
📩 [email protected]
📍 1996 Yusif Vazir Chamanzaminli, Baku 1069