25/10/2026
Crash data reset avadanlığı az vaxta xidmətinizdə olacaq. Qəzaya uğramış Çin, Yapon, Korea, Amerika avtomobillərinin airbag sistemini nə qədər təmir etsələr də datalar yaddaşda qalır və sistem onu nasaz görür. Bu beynlərin proqram təminatının yenilənməsi üçün mütləq Crash data reset əməliyyatı həyata keçirilməlidir. Adi avto skaynerlərlə bu mümkün olmadığından bunun üçün əlavə avadanlıqlar sifariş verdik. Çoxları bəzən deyirki nədir ki, birdəfəlik gətirin qutarsın getsin. Ancaq bu tip avadanlıqlar çox bahalı olduğundan və mənim bu avadanlıqların saxta crack edilmiş versiyalarını bəyənmədiyimdən tam orjinallarını sifafiş verirəm. Bu zaman da çoxda əlçatan olmur. Hər şey az-az tələsmədən və tədricən olduqda əladır.